Mərkəzi Bank 100 milyon manat cəlb edir


09:01     02 İyun 2019 merkezi%20bank%20femida.png

İyunun 3-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

Femida.az banka istinadən xəbər verir ki, hibrid hərracda 100 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,76-8,74 faiz təşkil edir.

Femida.az

Açar sözlər:

Oxunub: 371