XİN-dən Dağlıq Qarabağda keçirilən futbol turnirinə reaksiya
09:10 02 İyun 2019
Ölkəmizin işğal olunmuş ərazilərində keçirilən, hər hansı rəsmi futbol assosiasiyası tərəfindən tanınmayan və öz sıralarında qeyri-legitim qurumları bir araya gətirən "konfederasiya"nın təşkil etdiyi oyunlar futbolun parodiyasından başqa bir şey deyildir.
Femida.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ ərazisində "müstəqil futbol assosiasiyaları konfederasiyası"nın (conifa) futbol oyununun keçirilməsi ilə bağlı suala cavabında deyib.
"Mən bu məsələyə əhəmiyyət verib çox danışmaqla onun təşviqinə xidmət etmək istəmirəm. Bildiyiniz kimi, ölkəmizin Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bununla bağlı etirazını bildirib. Bu oyunlarda iştirak edənlər sırasında olan Laplandiyanın adı mənə "qarlar ölkəsi" ilə bağlı nağılları xatırladır. Əslində elə erməni psixologiyası nağıllar və əfsanələr üzərində qurulub və onlar buna inanırlar", - deyə Xarici İşlər Nazirliyinin mətbuat katibi əlavə edib.
Femida.az
Oxunub: 440
Oxşar xəbərlər
- XİN-dən Dirçəliş Günü XİN-dən Dirçəliş Günü təbriki
- XİN-dən Ermənistanın Azərbaycan mövqelərini atəşə tutmasına MÜNASİBƏT
- XİN-dən erməni cinayətləri ilə bağlı AÇIQLAMA
- XİN-dən Ermənistana çağırış: Boş bəyanatlar verməyin
- XİN-dən 20 Yanvar faciəsinin ildönümü ilə bağlı BƏYANAT
- XİN-dən ermənilərin Xocavənddə törətdikləri təxribatla bağlı AÇIQLAMA
- XİN-dən fransalı deputatların Qarabağa gedəcəyi xəbərinə münasibət
- XİN-dən Mnatsakanyana CAVAB
- XİN-dən saxlanılan erməni diversiya qrupunun komandiri ilə bağlı açıqlama
- XİN-dən Rusiyadakı azərbaycanlılarla bağlı açıqlama