Astarada "Niva" aşıb, 15 yaşlı qız ölüb


10:20     02 İyun 2019 dereye%20asib.jpg


Astarada baş verən ağır yol qəzası ölümlə nəticələnib.

Rayonunun dağ kəndlərindən birində, Bakı-Astara yoluna yaxın olan Vaqo kəndində "Niva" markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü ilə birgə 4 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb və onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti daha ağır qiymətləndirilən 2004-cü il təvəllüdlü Aytəkin Əbülfət qızı Səfərova vəfat edib.

Femida.az

Açar sözlər:

Oxunub: 406