Astarada ağır yol qəzası: Ölən və yaralılar var


14:15     02 İyun 2019 Qeza2.jpg

İyunun 2-də səhər saatlarında Astara rayonunun Təxtənəkəran kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Femida.az AzərTac-a istinadən xəbər verir ki, yolda hərəkətdə olan “Niva” markalı avtomobilin sürücüsü Əbülfət Səfərovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb. Sürücü və sərnişinləri olan Lerik rayon sakinləri - Sərəngül Səfərova, Nazim Şahmuradov, Aytac və Aytəkin Səfərovalar müxtəlif dərəcələri bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səylərinə baxmayaraq, Aytəkin Səfərovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 325