Bələdiyyə sədri Ərdoğanın açdığı mərkəzi bağladı


15:45     02 İyun 2019 erdoganin_gozyaslari_arap_dunyasini_da_etkiledi13774476550_h1066167.jpg

Türkiyənin Samsun vilayətinin Atakum rayonun Cümhuriyyət Xalq Partiyasından (CHP) olan bələdiyyə sədri Cəmil Dəvəçi açılşını Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, prezident Rəcəb Tayyib Ərdoğanın etdiyi “Aceh” idman mərkəzini bağlatdırıb.

Femida.az xəbər verir ki, mərkəz 2004-2009-cu illərdə Atakum rayonunun bələdiyyə sədri olan AKP-li Adəm Bektaş tərəfindən inşa etdirilib.

Mərkəzin bağlanmasına səbəb isə buranın “sənədsiz” olması göstərilir.

Məsələ ilə bağlı sabiq bələdiyyə sədri Adəm Bektaş bildirib ki, mərkəzin sənədi var və yeni sədr oranı hansısa başqa səbəblərdən bağlatdırıb. O, bununla bağlı hüquqi proses başladacaqlarını vurğulayıb.

Rayonun CHP-li yeni sədri Cəmil Dəvəçi isə bildirib ki, mərkəz sənədsiz deyil: “Ora sənədsiz olmasa da, bələdiyyənin malıdır. Ancaq mərkəzi işlədənlərin nə müqaviləsi, nə də icazələri var. Qazancın kimin cibinə getdiyi də bəlli deyil. Biz belə üsulla idarə olunan 3 obyekt təsbit etmişik. Məqsədimiz həmin obyektləri bələdiyyəmizə qazandırmaqdır”. / Azvision.az


Femida.az

Açar sözlər:

Oxunub: 408