Liftdə qalan şəxslər xilas edildi


17:02     02 İyun 2019 lift9.jpg

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi və Nərimanov rayonlarında ayrı-ayrı ünvanlarda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Femida.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 269