Buraxılış imtahanının nəticələri nə vaxt açıqlanacaq?


18:21     02 İyun 2019 19_06_02_1559482577.jpg

Bu gün Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin IX sinfində təhsil alan 37 670 şagird üçün buraxılış imtahanının ikinci mərhələsi keçirilib.

Dövlət İmtahan Mərkəzindən Femida.az-a verilən məlumata görə, imtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim edilib.

İyunun 3-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələr yaxın günlərdə elan ediləcək.

İmtahanla əlaqədar şagirdlərin müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apellyasiya Komissiyası yaradılıb. Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək. Şagirdlər Apellyasiya Komissiyasına 3, 4 və 7 iyun 2019-cu il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Açar sözlər:

Oxunub: 343