Bəbir valideynlərinin yanından 9 aylıq uşağı qaçırdı


19:49     02 İyun 2019 19_06_02_1559483410.jpg

Hindistanın Maharaştra əyalətində bəbir evə girərək 9 aylıq körpəni qaçırıb.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, vəhşi heyvan valideynləri ilə birlikdə yatan azyaşlını qaçıraraq meşəyə aparıb. Uşağın valideynləri oyandıqdan sonra polisə xəbər veriblər və aparılan araşıdrmalar zamanı evdən 1 kilometr uzaqlıqda körpənin cəsədi tapılıb.

Qeyd edək ki, indiyədək Hindistanda daha çox meymunların körpələri qaçıraraq öldürməsi faktı məlum idi.

Açar sözlər:

Oxunub: 575


Oxşar xəbərlər