UEFA prezidentindən Bakıdakı finalla bağlı önəmli açıqlama


20:16     02 İyun 2019 19_06_02_1559486088.jpg

UEFA prezidenti Aleksander Çeferin Avropa Liqasının final oyununun Bakıda keçirilməsi qərarının səhv olduğunu düşünmədiyini bəyan edib.

Bu barədə Daily Mail nəşri məlumat yayıb.

Çeferin qeyd edib ki, tamaşaçı sayına görə Bakıdakı final Avropa Liqasının finalları tarixində üçüncü yerdədir.

“Düşünmürəm ki, Avropa Liqası finalının Bakıda keçirilməsi səhv idi. Futbol həvəs və inkişafdır. Bu, Avropa Liqasının finalları tarixində tamaşaçı sayına görə üçünçü göstərici idi. Biz futbolu təkcə böyük ölkələrdə deyil, hər yerdə inkişaf etdirməliyik”, - deyə o vurğulayıb.

Xatırladaq ki, Bakıda keçirilən final matçında “Çelsi” “Arsenal”ı 4:1 hesabı ilə məğlub edib.

Açar sözlər:

Oxunub: 386