Yevlaxda içkili motosiklet sürücüsü qəza törədib


20:52     02 İyun 2019 19_06_02_1559486288.jpg

Yevlaxda içkili motosiklet sürücüsü qəza törədərək ağır xəsarət alıb.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax şəhəri Nizami küçəsində, 7 saylı orta məktəbin önündə baş verib.

İçkili vəziyyətdə olan motosiklet sürücüsü 1978-ci il təvəllüdlü motosikletçi Məmmədov Ramil Novruz oğlu idarəetməni itirərək hərəkətdə olan “VAZ 2115” markalı minik avtomobilinə çırpılıb. Müxtəlif bədən xəsarətləri alan R. Məmmədov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 287