Əxlaqsızlıq yuvasını şantaj edən jurnalistlər MƏHKƏMƏDƏ


18:48     02 Noyabr 2015 117.jpg


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şantajla məşğul olan jurnlalistlər Şahin Orucov və Cəlil Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Femida.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Bu zaman məlum olub ki, Şahin Orucov “Kriminal və Bəşəriyyət” qəzetinin təsisçisi, Cəlil Səmədov isə “Korrupsiya və Qanun” qəzetinin baş redaktorunun müavinidir. Eləcə də, Şahin Orucov əvvəllər xuliqanlıq maddəsi ilə məhbusluq həyatı yaşayıb.

Təqsirləndirilən şəxslərin hər iki məhkəmə zamanı şərti azadlıqdadır.
Qeyd edək ki, Şahin Orucov və Cəlil Səmədov Sumqayıt şəhəri ərazində yerləşən “Metalurq”adlı kafedə əxlaqsız yuva təşkil olunduğunu öyrəniblər. Onlar həmin kafeyə gedərək, video görüntülər çəkiblər. Özlərini jurnalist kimi təqdim edərək, çəkilişləri yaymamaq qarşılığında 5 min manat pul tələb ediblər.

Hər iki şəxs Cinayət Məcəlləsinin 182 (Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham olunurlar. (lent.az)

Açar sözlər:

Oxunub: 2296