Bakıda narkobaronlar tutuldu - Aralarında qadın da var (FOTO)
10:26 03 İyun 2019
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəbəkənin üzvləri saxlanılıblar.
DİN-in Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Abşeron rayonunda keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Vüqar Əliyev tutulub. Onun üzərinə baxış zamanı 1,067 qram, yaşadığı evdən isə 0,613 heroin aşkar edilərək götürülüb. V.Əliyev istintaq verdiyi ifadəsində narkotik vasitəni Fəridə adlı şəxsdən aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq Bakı şəhər sakini Fəridə Qasımzadə də tutularaq istintaqa təqdim olunub. Onun üzərində şəxsi axtarış aparılan zaman 4,571 qram aşkar edilib.
Baş İdarə əməkdaşları narkotik vasitələrinin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirlərini daha da genişləndirərək F.Qasımzadəyə heroini satan Xırdalan şəhər sakini Elnur Kazımovu və həmyerlisi Ramil İsbəndiyarovu da saxlamağa nail olublar.
E.Kazımovun üzərindən 1, 467, R. İsbəndiyarovdan isə 100,947 qram heroin aşkar edilib. Əməliyyat tədirlərinin davamı olaraq R.İsbəndiyarovun yaşadığı evə baxış zamanı əlavə 398,499 qram heroin, 52,454 qram metamfetamin, həmçinin 1 ədəd idman tapançası, 1 ədəd beşbarmaq və 1 ədəd dəyənək götürülüb. Faktla bağlı dəstə üazvləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 1924
Oxşar xəbərlər
- “Sən kimi seçirsən - sevdiklərini, yoxsa narkotiki?”
- Bakıda narkotiklə bağlı əməliyyatlar keçirilib, 30 nəfər saxlanılıb
- Qubada narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
- Bakıda narkotikə görə 64 nəfər saxlanılıb
- Şirvanda narkotik tərkibli bitkiləri yetişdirən şəxs saxlanılıb
- Narkotiki bankalara yığaraq zirzəmidə saxlayan şəxs saxlanılıb
- Narkotikin təsiri altında avtomobildə dönər ətləri daşıyan şəxs ifşa olunub
- İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
- Xaçmazda 375 kiloqram narkotik bitki aşkarlanıb
- Şəki Penitensiar Müəssisəsinə narkotik və psixotrop maddə keçirilməsinin qarşısı alınıb