Şamaxıda iki qardaş yol qəzasında öldü


11:34     03 İyun 2019 19_06_03_1559547337.jpg

Şamaxı şəhəri ərazisində “VAZ-21214” və “Shacman” markalı avtomobillər toqquşub.


Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, iyunun 1-də saat 16 radələrində Şamaxı şəhəri ərazisində Quşçu kənd sakini Ramil İsmayılovun idarə etdiyi “VAZ-21214” və Qobustan rayon sakini Ramil Şahverdiyevin idarə etdiyi “Shacman” markalı avtomobillər toqquşub.

Nəticədə R.İsmayılov və sərnişini, qardaşı Rasim hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 508