Avtovağzal gücləndirilmiş iş rejiminə keçir - Bayrama görə
11:37 03 İyun 2019
Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) Ramazan bayramı ilə əlaqədar iyunun 4-dən 10-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
BBAK-dan Femida.az-a verilən məlumata görə, rəhbərlik tərəfindən sərnişinlərin rahatlığının təmin olunması üçün bütün zəruri tədbirlər görüləcək.
Sərnişin sıxlığının tənzimlənməsi məqsədi ilə ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb olunacaq.
Sərnişinlər yaranacaq suallarla bağlı (012) 406-01-58/59 nömrəli məlumat mərkəzi, kassaların yanında yerləşən məlumat bürosu və perron nəzarətçilərinə müraciət edə bilərlər.
Məlumat üçün bildirək ki, səfər biletlərini reysin yola düşməsinə 10 gün qalmışdan başlayaraq,avtovağzalınvə Nizami küçəsi 126a ünvanında yerləşən “Silkway” turizm şirkətinin kassalarındanvə onlayn qaydada “avtovağzal.az” saytı üzərindən əldə etmək mümkündür.
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzalı yalnız avtovağzal ərazisindən fəaliyyət göstərən avtobuslara nəzarət edir. Qeyri-qanuni sərnişindaşıma ilə bağlı yarana biləcək hər hansı bir hadisəyə BBAK cavabdehlik daşımır.
Femida.az
Oxunub: 529
Oxşar xəbərlər
- BBAK-ın mətbuat katibi vəzifəsindən ayrıldı
- 14 minə yaxın subbakalavr ərizəsini təsdiqlədib
- 12 minə yaxın subbakalavr ərizəsini təsdiqlədib
- Subbakalavrların ərizə qəbulu davam edir
- İmtahansız qəbul olmaq istəyən subbakalavrların ərizə qəbulu başlayır
- Avtovağzaldan daha bir yenilik
- Subbakalavrların ərizə qəbulu başa çatıb
- "Vətəndaşlar qanuni daşımalara üz tutmalıdır" - BBAK-dan Masallıdakı qəzaya MÜNASİBƏT
- İyunda Bakı avtovağzalından 287 min sərnişin daşınıb
- Bakı-Batumi avtobuslarında - wi-fi, kondisioner, pulsuz çay-qəhvə olacaq