Bağçada uşaqları təhqir edən müəllim işdən çıxarıldı - VİDEO


11:46     03 İyun 2019 2019/06/sek_1559548156.jpg

Bakıdakı uşaq bağçasında uşaqları təhqir edən müəllim işdən azad olunub.



Femida.az Qafqazinfo-ya istinadən xəbər verir ki, təhqiredici video yayılandan sonra bağça rəhbərliyi işə qarışıb. Mayın 31-də müəllim işdən azad olunub.

Qeyd edək ki, hadisə Zığda yerləşən 331 saylı bağçada baş verib.

Xatırladaq ki, bağça müəllimi valideynlərin qrupuna şəkil atmaq istərkən səhvən həmin videonu atıb. Bu zaman onun uşaqlarla necə davrandığı ortaya çıxıb.




Femida.az

Açar sözlər: #Bağça  

Oxunub: 1403