Maştağa sakinindən 1 tona yaxın narkotik vasitə götürülüb
12:11 03 İyun 2019
Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər uğurla davam etdirilir.
Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Əhməd Quliyev saxlanılıb.
Ona məxsus bağ evinin həyətindəki ümumi sahəsi 880 kvadratmetr olan 2 ədəd istixanaya baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən çəkisi 921 kiloqram olan 4021 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Ə.Quliyev ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib. Saxlanılan şəxsin məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub. İstintaq zamanı Ə.Quliyevin paytaxt və eləcə də bölgələrdə narkotik maddələrin satışını həyata keçirən narkotacir olduğu məlum olub.
Faktla bağlı 14-cü Polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Oxunub: 513
Oxşar xəbərlər
- Maştağa sakininin həyətində 15 mindən çox çətənə kolu aşkarlanıb
- Maştağada 8 evdən oğurluq edən şəxslər saxlanılıb
- Maştağada ad günü məclisi təşkil edən şəxslər aşkarlandı
- Maştağa sakinindən 17 kq narkotik götürülüb
- Maştağada istixanada narkotik bitkilər əkib-becərən saxlanıldı
- Maştağada quş kəsimi sexi bağlandı
- Maştağa sakininin evindən tapança götürülüb
- Maştağa qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
- Maştağada “Opel” piyadanı vurub öldürdü
- Maştağada ağır qəza - Ölən və yaralananlar var