Bakının iki rayonunda bayram yarmarkası açılacaq


13:18     03 İyun 2019 yarmarka8.jpg

Ramazan bayramı ilə əlaqədar Bakının 2 rayonunda yarmarka təşkil olunacaq.

Femida.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru Leyla Məmmədova deyib. Onun sözlərinə görə, bayram yarmarkaları 2 gün- 4-5 iyun tarixlərində baş tutacaq.

“Yasamal və Nizami rayonlarında icra hakimiyyətlərinin dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən yeni “Kənddən şəhərə” yarmarkaları keçiriləcək. Yarmarka Yasamal rayonunda Ələsgər Ələkbərov küçəsi, 225 saylı orta məktəbin qarşısı, "Space" TV -nin qarşısı, Nizami rayonunda isə Qara Qarayaev prospekti 36 A, Orbita ticarət mərkəzinin yanında olacaq.
Yerli fermerlər, qida istehlakçıları ora dəvət olunacaq. Fermerlər avadanlıqları ödənişsiz şəkildə əldə edəcəklər. Məhsullar Qida Təhlükəsizliyi Agentliyinin səyyar laboratoriyalarında müayinə olunacaq. Yararsız məhsullar bazardan çıxarılacaq. Qiymətlər tələb-təklif əsasında formalaşır, lakin məhsulların qiyməti topdansatış qiymətlərindən yüksək ola bilməz”.

Qeyd edilib ki, yarmarkalar 08:00-dan 20:00-a qədər davam edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 446