Yeni seçilən deputata hücum oldu (FOTOLAR)


19:37     02 Noyabr 2015 e2988616e3cf.jpg

Türkiyə Böyük Millət Məclisinə İğdır vilayətindən deputat seçilən azərbaycanlı Nurəddin Arasa hücum edilib.



Femida.az -ın Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, deputat ibtidai məktəbdə gizlənməklə hücumdan xilas ola bilib.

Nurəddin Aras Ədalət və İnkişaf Patiyasının (AKP) namizədi olub.
Məlumata görə, səs verməni gözləmək məqsədi ilə müşayiət partililərlə Karakuyu kəndinə gedən Aras, səs vermənin həyata keçirildiyi məktəbdə, “toplu səs istifadə istiqamətli” etiraz tapılması üzərinə, çölə çıxardılaraq bir qrupun hücumuna məruz qalıb. Hadisə yerinə dərhal polis qüvvələri cəlb olunub.




Arasın hücuma məruz qalması İğdırda gərginliyə səbəb olub.Bu vəziyyətə etiraz etdiyini dilə gətirən Aras, bunları qeyd edib:
“Burada ədalətsizliyi görüb müdaxilə etdik. Bu demokratiyaya yaraşmaz, bura hüquqi dövlətidir. ”



Türkiyədə ötən gün keçirilən seçkilərdə 3 erməni namizəd də qalib gəlib. İki saylı İstanbul seçki dairəsindən Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Selina Doğan, həmçinin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Marqar Esayan parlament üzvü seçilib. Bundan əlavə, üç saylı İstanbul seçki dairəsindən Demokratik Xalqların Partiyasının (HDP) namizədi Qaro (Karapet) yenidən parlamentə seçilib.


Femida.az

Açar sözlər:

Oxunub: 2833