Pirallahı rayonunda əhaliyə pulsuz hüquqi yardım göstərilib
20:11 03 İyun 2019
Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə olunub.
Göstərilən tövsiyənin icrası ilə bağlı həyata keçirilən tədbirlərin davamı olaraq, 3 iyun tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyası, Pirallahı rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatının təşəbbüsü ilə, “Kəngərli və Partnyorları” Vəkil Bürosu tərəfindən vəkillik tarixində ilk dəfə olaraq helikopter vasitəsi ilə Pirallahı rayonu Çilov adasına səfər edilib və orada yaşayan aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilib.
Çilov adasına gedən vəkillər 28 May NQÇİ-nin Akt zalında 60-dək vətəndaşa müxtəlif hüquqi yardım göstərib, onların problemləri ilə tanış olub, müvafiq məsləhətlər verib, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazıblar.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən gələcəkdə bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.
Oxunub: 473
Oxşar xəbərlər
- Pirallahıda narkotik satanlar saxlanılıb
- Pirallahıda karantin qaydalarını pozan şəxslər cərimələnib
- Pirallahıda yolların yenidən qurulması üçün 1.4 milyon manat ayrılıb - SƏRƏNCAM
- Pirallahıda karantini pozan kafe aşkarlandı
- Pirallahı rayonuna yeni rəis müavini təyin edilib
- Pirallahı və Çilov adalarını birləşdirən yol çəkilə bilər
- Pirallahıda qaz təchizatı dayandırılıb
- Pirallahı rayonunda Gənclər Mərkəzi istifadəyə verilib
- Pirallahı da köçkünlər üçün püşkatma keçirilib
- Pirallahı sakinindən 1 kq-dan artıq marixuana götürülüb