Prezidentə təbriklər gəlməkdə davam edir


21:40     03 İyun 2019 prezident2.jpg

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor Pyotr Qlıboçko Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Femida.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Əlamətdar bayramınız - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan sosial-iqtisadi inkişafın, tibbin, təhsilin və elmin bütün istiqamətlərində böyük nailiyyətlər qazanıb. Biz Azərbaycan Respublikası ilə Seçenov Universitetinin əməkdaşlığına görə ürəkdən şadıq.

Sizə və Azərbaycan Respublikasının bütün vətəndaşlarına möhkəm cansağlığı, firavanlıq və rifah diləyirəm".

Açar sözlər:

Oxunub: 420