Erməni polisi əsgər analarını döydü


20:36     02 Noyabr 2015 ukp1lj7laidhroukjjpbuvta87esger%20analari.jpg


2010-cu ildə həlak olan erməni əsgərlər Artur Qazaryan və Valeri Muradyanın anaları İrina Qazaryan və Nana Muradyan onlara zor tətbiq edən polis əməkdaşlarını məhkəməyə verib.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

13 may 2015-ci il tarixində hüquq-mühafizə orqanı əməkdaşları Ermənistan prezidentinin ofisi qarşsında etiraz aksiyası keçirən beş valideyni zorla ərazidən uzaqlaşdırıb. Polisin zor tətbiq etməsi nəticəsində qadınlara fiziki zərər dəyib.

Onların ərizələri əsasında Ermənistan Xüsusi İstintaq Komitəsində cinayət işi açılsa da, sonradan bu iş bağlanıb.

Onlar bu qərarla əlaqədar Baş Prokurorluğa şikayət verələr də, prokuror işin bağlanması barədə qərarın əsaslı olduğunu bildirib.

Qazaryan və Muradyan məsələ ilə bağlı cinayət işinin başlanılmamasının siyasi qərar olduğunu düşünürlər. Çünki hadisə yerindən çəkilən videogörüntülərdə polisin onlara qarşı zorakılıq tətbiq etməsi aşkar görünür. Bundan əlavə, zorakılıq faktının olması məhkəmə tibbi ekspertiza tərəfindən də təsdiqlənib.

Açar sözlər:

Oxunub: 1005