Sumqayıtdakı “Pioner” marketi yandı - Satıcılar və alıcılar təxliyyə edilib


09:16     04 İyun 2019 FHN2-655x360.jpg



Sumqayıtda axşam saatlarında yanğın olub.


Yanğın şəhərin Nəriman Nərimanov küçəsində yerləşən “Pioner” marketdə qeydə alınıb.

Belə ki, marketin tavanında olan kabel xəttində qəfildən alışma baş verib. Nəticədə 10 paqonometr kabel xətti yanıb.

Əraziyə dərhal yanğınsöndürənlər cəlb olunub, yanğın söndürələrək digər ərazilərə keçməsinin qarşısı alınıb.

Marketdə olan işçilər və alıcılar təxliyyə edilib. (ONA)

Femida.az

Açar sözlər:

Oxunub: 1207