Qarabağ icmasından ermənilərə ÇAĞIRIŞ
09:46 04 İyun 2019
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi ermənilərə çağırış edib.
Femida.az xəbər verir ki, Qarabağ icması ermənilərdən işğal altında olan ərazilərimizdə xalqımıza məxsus tarixi və mədəni abidələrimizi dağıtmağa son qoymalarını tələb edib.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” erməni işğalı altında olan ərazilərimizdə məhv edilən tarixi, mədəni, dini irsimizlə bağlı daha bir çağırış edib. Ermənistan ictimaiyyəti üçün erməni dilində hazırlanan video-çarxda Bakıdakı erməni kilsəsinin vəziyyəti ilə işğal altında olan ərazilərimizdəki tarixi və mədəni abidələrimizin durumu arasında paralellər aparılıb.
Vurğulanıb ki, Azərbaycan Hökumətinin qərarı ilə erməni kilsəsi “Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı” siyahısına daxil edildiyi halda işğal altında olan ərazilərdə dini abidələrimiz məhv edilir. Əfsuslar olsun ki, Azərbaycan dövləti belə bir addım atdığı halda Ermənistan işğal etdiyi Dağlıq Qarabağ regionu və ətraf rayonlarda xalqımıza məxsus izləri silməyə, tarixi abidələrimizi, məscidlərimizi, qəbiristanlıqlarımızı məhv etməyə çalışır. Ermənilər hətta XIX əsrdə Şuşada rus hərbçiləri üçün tikilmiş pravoslav kilsəsinin arxitekturasını dəyişərək özününküləşdiriblər. Azərbaycanda isə ermənilər də daxil olmaqla, digər etnik azlıqlara məxsus maddi və mədəni irs nümunələrinə hər zaman hörmət və qayğı ilə yanaşılır. Təsadüfi deyil ki, Azərbaycanda əsrlərdən bəri mövcud olan multikulturalizm və tolerantlıq ənənələri xalqımızın yaşam tərzinə çevrilib. İnanırıq ki, yaxın vaxtlarda biz öz torpaqlarımıza qayıdıb dağıdılmış tarixi, mədəni, dini abidələrimizi bərpa edərək onlara yenidən həyat bəxş edəcəyik”.
Femida.az
Oxunub: 469
Oxşar xəbərlər
- "Qarabağ"ın oyununa 300 bileti baha qiymətə satmağa çalışan 7 nəfər saxlanılıb
- Ərdoğan Qarabağdakı son vəziyyətdən danışıb
- Ermənilər dünən Qarabağda nə qədər itki verib? - Yeni rəqəmlər
- ABŞ Qarabağla bağlı narahatlığını bildirib
- "Qarabağ" bu gün ilk yoxlama oyununu keçirəcək
- Qarabağda iki su anbarı tikiləcək
- Rusiya vətəndaşı olan qadın Qarabağda itkin düşüb
- "Qarabağ" 9-cu dəfə Azərbaycan çempionu olub
- Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır
- Latviya Qarabağdakı minatəmizləmə işlərinə dəstək verəcək