Rusiyada keçmiş xüsusi təyinatlını öldürən erməniymiş - VİDEO


10:38     04 İyun 2019 19_06_04_1559630480.jpg

Xəbər verdiyimiz kimi, Rusiya Baş Kəşfiyyat İdarəsinin keşmiş yefreytoru Nikita Belyankin Moskva ətrafı Putilkovo qəsəbəsində onlarla qafqazlı tərəfindən döyülərək öldürülüb.


Məlumata görə, iyunun 1-də, saat 23:30 radələrində Belyankin sevgilisi ilə barın qarşısından keçərkən onlarla qafqazlının iki kişini döydüyünü görüb. Döyülənləri müdafiə etmək üçün ortaya atılan yefreytor ürəyindən bıçaqlanıb. O hadisə yerində keçinib.

Belyankini öldürən şəxsin Ermənistan vətəndaşı Qriqor Ohanyan olduğu müəyyənləşdirilib. REN TV kanalının məlumatına görə, Ohanyan qarşısında sözügedən qətl hadisəsinin baş verdiyi barın sahibidir. Hadisənin səhəri günü o ilk reyslə Yerevana uçub.
Hadisə şahidlərinin dediyinə görə, Belyankin döyülənlərə kömək eləmək üçün tapançasını çıxarıb və havaya iki dəfə atəş açıb.

Belyankinin həmin davada müdafiə etdiyi yaralı kişi - Aleksandr Orlov bildirib ki, hücum edənlər sərxoş olublar.

Hadisə yerindən keçən Svetlana adlı xanım əri ilə birlikdə Nikitaya yardım etmək istəsələr də artıq gec olub. Onun sözlərinə görə, hücum edənlər təxminən 20 nəfər olublar və hadisələr elə sürətlə cərəyan edib ki, heç kim kömək edə bilməyib. Hadisə Nikitanın evinin yaxınlığında baş verib, təcili tibbi yardım isə 10-15 dəqiqə sonra gəlib.
Kütləvi davada iştirak edənlərin kimliyi artıq müəyyənləşdirilib. Araşdırmalar davam edir.


Açar sözlər:

Oxunub: 2618