Şəkidə “Xaş–xaş 2019” əməliyyatı - 17 kq narkotik məhv edilib


11:05     04 İyun 2019 2019/05/narkotik-cetene_yeni_1558423712.jpg

“Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, rayonun Qoxmuq kəndi ərazisində vətəndaşa məxsus əkin sahəsində ümumi çəkisi 17 kiloqrama yaxın 215 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Narkotik   #Marixuana   #Heroin   #Polis   #DİN   #Araşdırma  

Oxunub: 378