“Şəhərdən kəndə” layihəsi başlayır


11:26     04 İyun 2019 19_06_04_1559633343.jpg


"Azərbaycan təbiətinin gözəlliyi, kənd təsərrüfatının rəngarəngliyi şəhərdən kəndə çağırış edir. Buna görə də "Şəhərdən kəndə" layihəsinə start verilir".


Femida.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Azərbaycanda aqroturizmin inkişafına həsr olunan "Şəhərdən kəndə" layihəsinin təqdimatı zamanı deyib.
Nazir bildirib ki, burada məqsəd kəndlərin inkişafını şəhər əhalisi, turistlər üçün təqdim etmək, kənd məhsullarının istehsal prosesi, kənddə həyat şəraiti ilə onları tanış etmək, şəhər əhalisinin aqro sahəyə marağını artırmaq və onların bu sahə ilə məşğul olmaq imkanlarını genişləndirməkdir.

"Bu layihə aqrar layihə olmaqla yanaşı, həmçinin ən böyük turizm layihələrindən biridir. Kənddə yaşayan vətəndaşların təsərrüfatları, kənd məhsullarının istehsalı prosesi şəhər əhalisi, uşaqlarımız üçün maraqlıdır. Vətəndaşlar gözəl fauna, meşələr və kənd təsərrüfatı sahələri görəcəklər. Bu, eyni zamanda tədris layihəsidir və Təhsil Nazirliyi ilə gələcəkdə bu sahədə əməkdaşlıq edəcəyik".

Nazir qeyd edib ki, aqroturizm dünyada geniş vüsət almış layihədir. "Burada əldə olan təcrübəni, Azərbaycanın gözəlliklərini xarici ölkə nümayəndələrinin də görməsi vacibdir. Layihənin iştirakçısı olan həm yerli, həm də əcnəbi turistlər maraqlı, fərqli, daha sərfəli istirahət etmək, kənd təsərrüfatı mallarını yerində almaq və təbiətə daha yaxın olmaq imkanı əldə edəcəklər".

İ.Kərimov əlavə edib ki, layihənin məqsədi kənd turizminin inkişaf etdirilməsi yolu ilə kəndlərdə sosial rifah halının daha da yaxşılaşdırılması, yeni xidmət sahələrinin açılması və alternativ satış kanallarının yaradılması, kənd sakinlərinin, kiçik və orta fermer təsərrüfatı sahiblərinin gəlirlərinin diversifikasiyası, həmçinin, onların ailə bizneslərinə dəstək olmaqdır.

Femida.az

Açar sözlər: #Şəhərdən_Kəndə  

Oxunub: 518


Oxşar xəbərlər