Dövlət Yol Polisindən sürücülərə xəbərdarlıq


11:37     04 İyun 2019 dyp.jpg

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.

İdarədən Femida.az-a daxil olan məlumatda qeyd olunub ki, BDYPİ hər bir yol hərəkəti iştirakçısını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir və səfərə çıxan sürücülərə aşağıdakı qaydalara riayət etmələrini tövsiyə edir.

İlk növbədə sürücülər səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin sazlığına xüsusi diqqət yetirsinlər və təhlükəsizlik kəmərini təkcə özləri deyil, sərnişinlərin də bağlaması mütləqdir. Unutmayaq ki, hərəkət zamanı sürət rejiminə, ötmə və manevr etmə qaydalarına ciddi əməl etmək təhlükəsizliyimiz üçün vacib şərtdir.

Yuxusuz, yorğun halda sükan arxasına əyləşməkdən çəkinin və hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli olsa da istirahət edin. İsti hava şəraitində soyuducu sistemi olmayan nəqliyyat vasitələrinin sürücülərinin günün sərin vaxtlarında yola çıxmaları məsləhət bilinir.

Yaddan çıxarmayaq ki, yol hərəkəti qaydalarına ciddi əməl etməklə Siz, həm özünüzün, həm də əzizlərinizin bayram günlərinin xoş keçməsinə şərait yaratmış olursunuz.

Femida.az

Açar sözlər: #DYP   #polis  

Oxunub: 309