Büdcəyə vergi daxilolmaları 262 milyon manat artıb


11:58     04 İyun 2019 budce.png

"Bu gün Azərbaycanda vergi ödəyicilərinin sayı 1 milyonu keçib".



Femida.az xəbər verir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov Sahibkarlar gününə həsr edilmiş "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxışı zamanı deyib.
S.Ələkbərov bildirib ki, cari ilin 5 ayında dövlət büdcəsinə 3 milyard 138 milyondan çox vergi daxilolmaları təqdim olunub.

"Bu, proqnozdan 286,5 milyon manat çoxdur. Keçən ilə nisbətən büdcəyə vergi daxilolmaları 262 milyon manat artıb. Ona görə də dövlət başçısı son çıxışlarında qeyd etdi ki, büdcəyə əlavə vəsatlər daxil olub. Bu, neftdən daxil olan vəsait deyil. Burada gömrükdən və başqa mənbələrdən daxil olan vergi və rüsumlar var",

Femida.az

Açar sözlər: #Büdcə  

Oxunub: 440