Ermənistan parlamentində mübahisə


21:13     18 May 2015 erm.jpg

Yaranan mübahisəyə görə 20 dəqiqəlik fasilədən sonra Ermənistan parlamenti işini davam etdirib


Femida.az xəbər verir ki, bu haqda Ermənistan KİV məlumat yayıb.

Xəbərə görə, parlament fasilədən sonra işinə başlamayıb. Belə ki, qurumun sədri Qalust Saakyan iclasın başlanmasını elan edəndə qapı arxasından səs-küy eşidilib.
Məlumata görə, müxalifət təmsilçiləri ölkədə elektirik enerjisinin bahalaşması məsələsinin gündəliyə çıxarılmasını təkilf edib. Q.Saakyan isə onların gündəliyə uyğun çıxış etməsini istəyib.

Parlamentdə mübahisələr bundan sonra qızışıb. Vəziyyət gərginləşdiyindən sədr müxalifətin mikrofonunu söndürüb. Bu da nəticə verməyəndə o, fasilə elan edib.
Qeyd edək ki, Ermənistan Elektrik Şəbəkəsi elektirik enerjisinin qiymətinin 10-12 sentədək bahalaşdırılmasını təklif edir.

Açar sözlər:

Oxunub: 637