“Aqrar sığorta haqqında” qanun layihəsi müzakirə edilir


12:42     04 İyun 2019 Milli-meclis-1.jpg

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Aqrar sığorta haqqında” qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.


Femida.az xəbər verir ki, sənədin 3-cü (Aqrar sığorta sahəsində dövlətin vəzifələri) maddəsinə 4 yeni bənd əlavə olunub və bəndlərin sayı 7-yə çatdırılıb.

Həmin bəndlər aşağıdakılardır:

1. Aqrar sığorta predmetlərini və aqrar sığorta risklərini müəyyənləşdirmək;

2. Aqrar sığorta sahəsində dövlət siyasətinin istiqamətlərini müəyyən etmək və normativ hüquqi aktlar qəbul etmək;

3. Aqrar sığorta üzrə fəaliyyətin genişləndirilməsi üçün stimullaşdırıcı tədbirlər həyata keçirmək;

4. Aqrar sığortanın tətbiqinin genişləndirilməsi üçün maarifləndirmə və məlumatlandırma işini təşkil etmək;

5. Aqrar sığorta sisteminin tətbiqinə nəzarət etmək və fasiləsizliyinin təmin edilməsinə dəstək göstərmək;

6. Aqrar sığorta sisteminin inkişafı və istifadəsinin təşviqi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək;

7. Aqrar sığorta sahəsində beynəlxalq əməkdaşlığı dəstəkləmək.

Femida.az

Açar sözlər:

Oxunub: 337


Oxşar xəbərlər