Kaspşik Xocavənddə monitorinq keçirir


12:46     04 İyun 2019 kaspshikjpg.jpeg

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Xocavənd rayonu ərazisində,qoşunların təmas xəttində növbəti monitorinq keçirilir.


Monitorinq keçirmək üçün bölgədə səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller Beyləqan rayonuna gəlib. ATƏT nümayəndələri Xocavənd rayon icra başçısı Eyvaz Hüseynovla görüşüb.

E.Hüseynov Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində yaratdığı gərginlik barədə məlumat verib. Bildirilib ki, sonuncu dəfə ötən il dekabrın 4-də ATƏT-in qoşunların qarşıdurma xəttinin Xocavənd rayon istiqamətində keçirdiyi monitorinqdən bu günə ermənilər atəşkəsi 172 dəfə pozub. Bundan başqa həmin istiqamətdə mülki əhalinin təsərrüfatda çalışmasına imkan verməyib. O, hazırda məhsul yığımının başlandığını və ermənilərin buna mane olduqları barədə də məlumat verilib.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan ərazisində keçirilən monitorinq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Martin Şuster tərəfindən icra edilir.

Femida.az

Açar sözlər: #Monitorinq  

Oxunub: 549