Bələdiyyə sədri təsdiqlədi: Hacı Muradın nəşi oğurlanıb


12:50     04 İyun 2019 2019/06/haci-murad_1559638321.jpg

“Hacı Muradın məzarı gizlincə qazılıb, nəşi oradan çıxarılıb”



Femida.az xəbər verir ki, bu barədə Azvision.az -a açıqlamasında Qax rayonunun Qıpçaq bələdiyyəsinin sədri Aydın Qurbanov məlumat verib. Bələdiyyə sədri Hacı Muradın məzarının olduğu yerə baş çəkdiyini deyib.

“Həmin yer qazılıb, nəşi oradan çıxarılıb. Qəbrin üstündə döşəmə ağ lay daşlar var idi, onların hamısı götürülüb. Qəbir qazılıb, sümüklər çıxarılıb, sonra qəbrin üstünə torpaq töküblər. Polislər hadisə yerinə baxış keçirib, vəziyyətlə tanış olublar”.

Qeyd edək ki, IX əsrin ortalarında Qafqaz müharibəsində dağlıların liderlərindən biri olmuş Hacı Muradın nəşinin Qaxın Tanqıt kəndindən gizli yolla çıxarılaraq Dağıstanın Xunxaz rayonuna aparılması, orada dəfn edilməsi ilə bağlı məlumatlar yayılıb.

Femida.az

Açar sözlər: #Hacı_Murad  

Oxunub: 2085