Əbülfəs Qarayev vətəndaşlarla görüşəcək

Əbülfəs Qarayev vətəndaşlarla görüşəcək


14:16     04 İyun 2019 ebulfet.jpg

Mədəniyyət Nazirliyinin rəhbərliyi bölgələrdə vətəndaşlarla görüşəcək.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, nazir Əbülfəs Qarayev iyunun 21-də Balakən və Zaqatala sakinlərini qəbul edəcək.

Qəbul saat 11:00-da Balakən rayon Mədəniyyət Mərkəzində (Balakən şəhəri, Heydər Əliyev prospekti 42) başlayacaq.

Həmin gün saat 11:00-da Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Şəki şəhər Heydər Əliyev Mərkəzində (Şəki şəhəri, Heydər Əliyev prospekti 216) Şəki şəhəri və Oğuz rayonundan, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Qax rayon Heydər Əliyev Mərkəzində (Qax şəhəri, N.Nərimanov küçəsi 4) Qax rayonundan olan vətəndaşlarla görüşəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 154