Keçmiş "zek" 2 nəfəri bıçaqladı


14:28     04 İyun 2019 1351597684_bicaqlama_7_700x390.jpg

İyunun 3-də saat 1 radələrində Sabunçu qəsəbəsindəki kafelərdən birinin qarşısından qəsəbə sakinləri A.Göyüşovun və M.Allahverdiyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmələri barədə Sabunçu RPİ-nin 13-cü PB-nə məlumat daxil olub.


DİN-dən Femida.az-a verilən məlumata görə, A.Göyüşovun vəziyyəti orta-ağır, M.Allahverdiyevə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunan Ə.Əzizov saxlanılıb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 331