Miqrasiya Xidməti yanında İctimai Şuraya seçkilər keçiriləcək
14:40 04 İyun 2019
İyunun 25-də saat 11:00-da Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuraya seçkilər keçiriləcək.
DMX-nin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, seçkilər “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli nömrəli Qanununa, həmin Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli Fərmanına və Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli Qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq təşkil ediləcək.
DMX-nin inzibati binasında (Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202. Metronun "Azadlıq" stansiyasının yaxınlığında) keçiriləcək seçkilər saat 16:00-dək davam edəcək.
İctimai Şura üzvlüyünə 13 namizəd qeydə alınıb. Namizədlərin siyahısı və onlar haqqında məlumat DMX-nin saytında yerləşdirilib.
Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli Qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 3.2-ci bəndinə müvafiq olaraq, Şuraya seçkilərdə təmsilçilərinin (seçicilərinin) iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutlarının iyunun 15-dək həmin şəxslər (hər vətəndaş cəmiyyəti institutundan bir nəfər olmaq şərtilə) barədə zəruri məlumatları göstərməklə ictimai birlik adından rəsmi məktubla [email protected] elektron poçtu vasitəsilə seçki komissiyasına təqdim etməlidirlər.
Femida.az
Oxunub: 451
Oxşar xəbərlər
- Macarıstan Ukraynadakı vəziyyətə görə immiqrasiya siyasətini dəyişməyəcək
- Regionda miqrasiya mövzusunda maarifləndirmə aparılıb
- Bakı şəhər regional miqrasiya baş idarəsi yaradılır
- Qanunsuz miqrasiyaya görə 7 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib
- Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirdi
- Dövlət Miqrasiya Xidməti əcnəbilərə müraciət edib
- Miqrasiya Xidmətinin iyul ayına olan statistik məlumatları
- Türkiyə ilə miqrasiya məsələləri müzakirə olunub
- Azərbaycan vətəndaşı olmaq istəyənlər üçün - MAARİFLƏNDİRİCİ VİDEO
- Miqrasiya Xidmətinə üç ayda 22634 müraciət daxil olub