Nardaranda ƏMƏLİYYAT: Həbs olunan var


14:51     04 İyun 2019 2019/06/nardaran-polis_1559645565.jpg

Daxili işlər orqanları narkotik maddələrin, kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində tədbirləri uğurla davam etdirirlər.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Muradovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 107 çətənə kolu, evindən isə 1 kiloqram 745 qram marixuana, habelə lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 5 patron aşkarlanaraq götürülüb.

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Əliverdiyevdən 500 qrama yaxın marixuana aşkarlanıb.

Femida.az

Açar sözlər: #Sabunçu   #Nardaran  

Oxunub: 1040