18 yaşlı oğlan faciəvi şəkildə öldü - Kollecdən çıxıb fəhlə işləyirmiş
15:52 04 İyun 2019
Tovuz rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Femida.az xəbər verir ki, iyunun 1-də Qovlar qəsəbəsində yaşayan 18 yaşlı gənc elektrik vurması nəticəsində dünyasını dəyişib.
Kənd sakini Vüqar Rövşən oğlu ötən il Dövlət İqtisad Kollecini ödənişli əsaslarla qəbul olub. Ailəsinin maddi sıxıntısını nəzərə alaraq təhsilini donduraraq hərbi xidmət öncəsi işləmək istəyib.
Vüqar həm də universitetdə təhsil alan bacısının xərclərini qarşılamaq məqsədilə qaynaqçının yanında fəhlə kimi işləməyə başlayıb. İş prosesi zamanı dəmir borunu qaynaq edərkən ərazidən keçən yüksək gərginlikli elektrik xəttinə toxunub və oradaca vəfat edib.
İyunun 21-də 18 yaşı tamam olacaq Vüqarın adına iyunun 23-ü tarixinə hərbi xidmətə çağırış kağızı gəlibmiş.
Qeyd edək ki, iki il öncə Vüqarın dayısı oğlu, 23 yaşlı Əmrah Abdullayev də Tovuz rayonunda elektrik vurması nəticəsində vəfat edib./Qafqazinfo/
Femida.az
Oxunub: 575
Oxşar xəbərlər
- Lənkəran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib - VİDEO
- Kolumbiyada terror aktı törədilib, ölənlər və yaralılar var
- Bakıda tikintidə fəhləni yıxaraq ölümünə səbəb olan şəxs həbs edilib
- Bakıda beş nəfərin ölümünə səbəb olan 19 yaşlı sürücünün məhkəməsi başlayır
- Azərbaycan hərbçisinin ölümü ilə bağlı cinayət işi başlanılıb
- Rusiyanın tanınmış aktyoru ölümdən dönüb
- Gəncədə ehtiyatda olan polkovnik-leytenantın ölümü ilə bağlı cinayət işi başlanılıb
- Kolumbiyada mədəndə partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb
- Laçında əsgərin ölümü ilə bağlı cinayət işi başlanılıb
- TƏBİB: “Meymunçiçəyi bəzi hallarda ölümlə nəticələnə bilər”