Türkiyədə bayramın ilk 3 günü 23 nəfər ölüb


17:05     04 İyun 2019 19_06_04_1559653452.jpg

Türkiyədə Ramazan bayramının ilk üç günü, 1-3 iyun tarixlərində baş verən yol qəzalarında 23 nəfər dünyasını dəyişib. Femida.az -ın “Cnnturk”ə istinadən verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, son 10 ildə Türkiyədə avtomobillərin sayı 61 faiz artıb. Buna baxmayaraq, bu müddət ərzində ilk vaxtlar hər gün təxminən 20 nəfər həlak olurdusa, hazırda bu say təxminən 8 nəfərə enib.

Bundan başqa, 31 may-10 iyun tarixlərində yollarda təhlükəsizliyi təmin etmək üçün 185 min polis cəlb edilib.

Açar sözlər:

Oxunub: 375