Lənkəranda maskalı şəxslər evə basqın edib


17:53     04 İyun 2019 maska_0235.jpg

Lənkəran ŞRPŞ-yə müraciət edən Lüvəsər kənd sakini T.Cəfərov mayın 27-də saat 1 radələrində yaşadığı evə pəncərədən girən 3 maskalı şəxsin oradan oğurluğa cəhd göstərməsini bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.



Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Talışlı kənd sakini H.Əlizadə, Haftonu qəsəbə sakinləri O.Əliyev və E.Ağayev polis əməkdaşları tərəfindən saxlanılıblar. Onlardan maska, əlcək, bıçaq və kəlbətin götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 384