Xaçmazda birlikdə yaşayan qadın və kişinin meyiti tapılıb


22:13     04 İyun 2019 meyit0.jpg

Xaçmazda birlikdə yaşayan qadın və kişinin meyiti tapılıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, meyitlər rayonun Qaradağlı kəndi ərazisində yerləşən fermalardan birində aşkarlanıb. Ölən şəxslər 1966-cı il təvəllüdlü Cəlilov Mequb Telman oğlu və 1969-cu il təvəllüdlü Ağamaliyeva Zümrüd Ağasultan qızıdır.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.

Açar sözlər:

Oxunub: 553