Televiziya binasına basqın edildi


01:11     03 Noyabr 2015 thumbs_b_c_3eaa45205e2c8d308b3af2f950e22c0c.jpg


Krımda fəaliyyət göstərən ART TV-nin binasına Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) basqın təşkil edib.

Femida.az xarici KİV-nə istinadən xəbər verir ki, binaya FSB-yə aid yük maşını və bir neçə silahlı polis daxil olub.

FSB-nin Krım və Sevastopol şöbəsi basqının televiziyanın sahibi Lenur İslamov haqqında 22 oktyabrda açılan iddia daxilində edildiyini açıqlayıb.

Lenur İslamov Moskvadakı dairəsinə, atası və həyat yoldaşının Krımdakı evlərinə də basqın edildiyini bildirilib.

Açar sözlər:

Oxunub: 949