Yevlaxda FACİƏLİ ÖLÜM: İki uşaq atasının boğazına traktorun dəmir parçası girdi


12:31     05 İyun 2019 2018/02/traktorun-altinda-can-verdi-7487294_x_o_1519802842.jpg



Yevlaxda ot çalan traktordan çıxan kəsici dəmir parçası kənarda dayanan kişinin boğazanı kəsib, o yerindəcə ölüb.

Femida.az APA-ya istinadən xəbər verir kj, hadisə rayonun Ərəbbəsrə kəndində ot biçini zamanı baş verib.

Belə ki, yaşadığı kənddə "Tarzan" təxəllüsü ilə tanınan, təxminən 30-31 yaşlı kənd sakini Əmrahov Alim Məhəmmədoğlu biçin sahəsində bədbəxt hadisənin qurbanı olub. Biçini yaxından izləyərkən yanından keçən otçalan traktordan gözlənilmədən zərblə çıxan kəsici dəmir parçası onun boğaz nayihəsinə bataraq ulğumunu kəsib. Ağır xəsarət alan kişi yerindəcə keçinib.

A.Əmrahovun iki uşaq atası olduğu, həmçini atası Məhəmməd kişinin vaxtilə uzun müddət polis əməkdaşı kimi xidmət etdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 438