Bakıda “Cavanşir” körpüsü sökülür


13:18     05 İyun 2019 19_06_05_1559726708.jpg

Bakının Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyov küçələrini birləşdirən, xalq arasında “Qaqarin” körpüsü kimi tanınan “Cavanşir” körpüsü söküləcək.

Körpünün yerində yeni yolun salınması nəzərdə tutulub.

Xatırladaq ki, “Cavanşir” körpüsü 1962-ci ildə inşa olunub. 12 aşırımlı körpünün ümumi uzunluğu 203 metr, eni isə 17 metrdir. Yaxın vaxtlara qədər körpünün altından qatarlar, üstündən isə avtomobillər hərəkət edib. Hazırda isə ərazidən keçən dəmir yolu xətləri sökülüb./ Report

Femida.az

Açar sözlər: #körpü  

Oxunub: 1505