Ər arvadının başını çəkiclə əzdi - Füzulidə


14:17     05 İyun 2019 cekic%20oldurulub.jpg

Füzuli rayonunda ər arvadının başına çəkiclə ağır xəsarətlər yetirib.

Femida.az xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndində qeydə alınıb.

45 yaşlı İlqar Piriyev ailə münaqişəsi zəminində həyat yoldaşı, 38 yaşlı Sülhiyyə Musayevanın baş nahiyəsinə çəkiclə çoxsaylı xəsarət yetirib.

Qadın kəllə sümüyünün sınığı diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Polis İ.Piriyevi saxlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 444