Telefon mağazasından oğurluq edən dəstə tutuldu
15:11 05 İyun 2019
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində telefon mağazasından 6700 manat dəyərində oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Astara şəhər sakini E.Əhmədov DİN-in “102 xidməti-zəng mərkəzi”nə müraciət edərək gecə saatlarında ona məxsus mağazadan dəyəri 4700 manat olan 15 ədəd mobil telefon, 1700 manat dəyərində danışıq kartları və 300 manat pulun oğurlandığını bildirib.
Astara RPŞ əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri ilə oğurluğu törətmiş şəxslər - Cəlilabad rayon sakini Vüqar Həsənov, Lənkəran rayon sakini İmran Eynəliyev və daha 2 nəfər yeniyetmə müəyyən edilərək saxlanılıb. Oğurlanmış mobil telefonlar, danışıq kartkarı və pul saxlanılan şəxslərdən aşkar edilərək götürülüb.
Hazırda onların digər analoji faktlarda iştirakının olub-olmadığı araşdırılır. Faktla bağlı Astara Rayon Polis Şöbəsində başlanılmış cinayətə işinin istintaqı davam etdirilir.
Femida.az
Oxunub: 372
Oxşar xəbərlər
- Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub
- "Nərmin işi"ndə şok detal: İlkinin telefonunda çılpaq videolara kim baxıb?
- Zakir Həsənov və Sergey Şoyqu arasında telefon danışığı olub
- Göyçayda məktəbli telefonu əlindən alındığı üçün intihar edib
- Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq
- Azərbaycan və Qazaxıstan XİN başçıları arasında telefon danışığı olub
- ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub
- Türkiyə və İran XİN başçıları telefonla danışıb
- Zelenski və Conson arasında telefon danışığı olub
- Ərdoğanla Quterreş arasında telefon danışığı olub