Anası telefon işlətməyə icazə vermədi - Gənc qız intihar etdi


15:51     05 İyun 2019 binadan%20ati.jpg


Bakının Xətai rayonunda intihar hadisəsi baş verib.


Femida.az xəbər verir ki, Əhmədli qəsəbəsi, Rahib Məmmədov küçəsində yaşayan Banu Məmmədova (ad-soyad şərtidir) özünü yaşadığı binanın damından atıb.

Hadisəyə səbəb qızla anası arasındakı mübahisə olub. Belə ki, Banunun anası qızına mobil telefon işlətməyə qadağa qoyub. Bundan sonra o, intihara cəhd edib. Polislərin səyi nəticəsində Banu xilas olunsa da, bu gün səhər saatlarında ikinci dəfə intihara cəhd edib. 5-ci mərtəbədən özünü atan qızın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Xətai   #intihar   #qız  

Oxunub: 1830