Həyətində çətənə əkən şəxs saxlanılıb
17:51 05 İyun 2019
Şabran rayon sakininin həyətində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar olunub.
Daxili İşlər Nazirliyinin Quba regional qrupundan Femida.az -a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq keçirilən tədbirlər çərçivəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Söhrab Əhmədova məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkiləri aşkarlanıb. Hal şahidlərinin iştirakı ilə həmin sahəyə baxış zamanı oradan yaş çəkisi 1550 qram təşkil edən hündürlüyü 37-118 sm olan 15 ədəd çətənə kolu (kannabis) aşkarlanıb.
Götürülən maddi sübutlar bioloji ekspertizaya təqdim edilib.
Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını mart ayında əkdiyini və şəxsi istifadəsi üçün becəydiyini bildirib.
Faktla bağlı Şabran Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.
Oxunub: 468
Oxşar xəbərlər
- Həyətində toy edən cərimələndi
- Həyətində 74 nəfərlik toy məclisi keçirən şəxs cərimələnib
- Həyətində çətənə əkən keçmiş məhkum tutuldu
- Həyətində narkotik becərən Xızı sakini saxlanıldı
- Həyətində narkotik əkən şəxs saxlanıldı
- Həyətində çətənə becərən Xaçmaz sakini tutuldu (FOTO)
- Həyətində çətənə bitkisi yetişdirən şəxs saxlanıldı
- Həyətində xaş-xaş əkən şəxs saxlanıldı
- Həyətindən 120 kiloqrama yaxın narkotik çıxdı - Foto
- Həyətində çətənə əkən Gəncə sakini saxlanıldı