Bakı Olimpiya Stadionu UEFA tərəfindən mükafatlandırılıb


20:27     05 İyun 2019 19_06_05_1559751001.jpg

2015-ci ildən fəaliyyətə başlayan və hər il azı bir beynəlxalq turnirə ev sahibliyi edən Bakı Olimpiya Stadionu (BOS) UEFA tərəfindən mükafatlandırılıb.
Femida.az -ın məlumatına görə, BOS aralarında “Allianz Arena” “Aviva Stadium” “Kamp Nou” və “Santiago Bernabeu” kimi dünyaca məşhur arenaların da olduğu UEFA-nın Elit Stadionları siyahısına daxil edilıb.

Qeyd edək ki, qitənin ikinci ən nüfuzlu klub turniri olan UEFA Avropa Liqasının final qarşılaşması mayın 29-da Azərbaycanın ən böyük stadionunda baş tutub. AFFA-nın və Yerli Əməliyyat Komitəsinin əməkdaşlarının peşəkar təşkilatçılığı, hüquq-mühafizə orqanlarının yüksək təhlükəsizlik tədbirləri, KİV nümayəndələrinin media işləri, könüllülərin tamaşaçı xidmətləri və stadionu dolduran azarkeşlərin dəstəyi ilə ərsəyə gələn gecənin sonunda Bakı mötəbər idman tədbirlərinə daim hazır olduğunu bir daha sübut edib.

Açar sözlər:

Oxunub: 565