Rusiya kəşfiyyatçısını öldürən erməni həbs edildi


21:27     05 İyun 2019 19_06_05_1559751419.jpg

Moskva vilayətinin Krasnoqorsk şəhər məhkəməsi Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş əməkdaşı Nikita Belyankini qətlə yetirməkdə şübhəli bilinən Ermənistan vətəndaşı Nareka Stepanyan barəsində 2 aylıq həbs qərarı verib.

Femida.az xəbər verir ki, bu haqda TASS agentliyi bildirib.

Məhkəmə iclasının gedişatında müstəntiq bildirib ki, bir neçə şahid Stepanyanın günahını təsdiq edib. O, isə öz növbəsində, ittihamları rədd edir.

Daha əvvəl Rusiyanın İstintaq Komitəsi Belyankinin qətli haqqında iş üzrə 4 nəfərin saxlanıldığını açıqlayıb.

İyunun 1-də gecə Moskva vilayətinin Krasnoqorsk rayonunda xüsusi xidmət orqanlarının Suriyada döyüşmüş keçmiş əməkdaşı 24 yaşlı Nikita Belyankin qətlə yetirilib. O, axşam evə qayıdarkən qonşuluqdakı barlardan birinin qarşısında bir qrup adamın bir nəfəri döydüyünün şahidi olub. Belyankin düşünmədən təklənmiş şəxsi müdafiə etməyə çalışıb. Kütlənin ona qarşı gəldiyini görən Nikita üstündə olan travmatik tapança ilə göyə xəbərdarlıq atəşi açıb. Lakin davada iştirak edənlərdən biri onu ürəyindən ölümcül yaralayıb. Nikita yerindəcə keçinib.

Açar sözlər:

Oxunub: 532