Gəncədə silahlı şəxs saxlanıldı


15:19     06 İyun 2019 silahlı.jpg

Bərdə rayon sakinindən tapança götürülüb.

Femida.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Gəncə şəhəri ərazisində əməliyyat keçirib.

Nəticədə Bərdə rayon sakini Ə.Əliyevdən 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 396